ABŞ-ın Texas ştatında 71 yaşlı Robin Yerian yalnız qadınların yaşadığı kiçik yaşayış məntəqəsi yaradıb.
Bizim.Media xəbər verir ki, Yerian 35 min dollara Texasda 5 akr torpaq alıb, daha sonra kanalizasiya, elektrik və digər infrastruktura 150 min dollar xərcləyib.
The Bird’s Nest (“Quş yuvası”) adlandırılan kənddə kiçik evlər üçün 14 sahə yaradılıb. Hazırda burada 52 yaşdan yuxarı 12 qadın yaşayır. Onların əksəriyyəti subay, boşanmış və ya dul qadınlardır.
Kirayə haqqı ayda 450 dollardan başlayır. Kənddə boş yerə tələbat isə olduqca yüksəkdir: ötən yay cəmi bir sahə boşaldıqda, ona təxminən 500 nəfər maraq göstərib.


Bizim.Media