Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman”x9d markalı iki yük avtomobili toqquşub.
Moderator.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
xa0
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
xa0
Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.