Gürcüstanda zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 4,4 bal gücündə zəlzələnin episentri Ambrolauridən 7 kilometr qərbdə, Xonçiori kəndində qeydə alınıb.
Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.
Bizim.Media