Dağıstanda dağlıq magistral yolda hərəkətdə olan avtomobilin bir neçə saniyəlik məsafə ilə faciədən xilas olduğu dəhşətli hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Vremennıy qəsəbəsi – Axulqo marşrutu üzrə hərəkət edən avtomobil yolunda qeydə alınıb.
"Dağıstanavtodor" dövlət qurumunun yaydığı məlumata görə, dağdan qopan nəhəng qaya parçaları böyük sürətlə dərəyə doğru yuvarlanaraq yol kənarındakı qoruyucu çəpərləri parça-parça edib və magistralın hərəkət hissəsinə tökülüb. Hadisə birbaşa yoldan keçən nəqliyyat vasitəsinin kamerasına anbaan düşüb.
Daş uçqununun davam etməsi və təkrar uçqun riski səbəbindən hazırda sözügedən magistralda hərəkət tamamilə bağlanıb.
Ərazidə təhlükə hələ də sovuşmadığı üçün yolun təmizlənməsi və zavalın qaldırılması istiqamətində başladılan işlər müvəqqəti olaraq dayandırılıb.
Bizim.Media