Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Kürdəxanı qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Yəhya oğlu Məmmədov ağacdan yıxılıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
Bizim.Media