Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və ödəniş ekosistemi olan Bir, Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.

Tərəfdaşlıq Bir-in elektron pulqabı tətbiqi m10 vasitəsilə həyata keçirilir və istifadəçilərə 140-dan çox ölkəyə birbaşa mobil telefonları üzərindən pul göndərmək imkanı yaradır.

Bu təşəbbüs Bir-in sərhədlərarası ani ödəniş imkanlarını genişləndirərək beynəlxalq köçürmələri daha sürətli, şəffaf və rahat edir. Xidmət xüsusilə ölkədən kənarda yaşayan ailələrə pul göndərmək, xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı maliyyə əməliyyatlarını asanlaşdırmaq istəyən istifadəçilər üçün yeni imkanlar açır.

Xidmətin istifadəyə verilməsi Qafqazın əhalisinə görə ən böyük ölkəsi olan Azərbaycanın rəqəmsal xidmətlərə artan tələbi fonunda baş verir. İstehlakçılar getdikcə daha çox rəqəmsal ödənişlərə və e-ticarət həllərinə üstünlük verirlər.

Bir-in Ödənişlər Biznesi üzrə rəhbəri Cəlal Orucov bildirib ki, Azərbaycandakı istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm xidmət sahəsidir: “Paysend” ilə əməkdaşlıq çərçivəsində Bir-in sərhədlərarası ödəniş imkanlarını genişləndirərək, yerli əməliyyatların sürətini və sadəliyini beynəlxalq ödənişlərə daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi mövqeyini gücləndirir və Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verir, ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Daha sürətli, təhlükəsiz və inklüziv maliyyə əlaqələri daha inteqrasiya olunmuş regional rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət edir”.

“Paysend”in korporativ biznes rəhbəri Danny May isə qeyd edib ki, müasir, bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün bizneslərin etibarlı, çevik və qlobal ödəniş infrastrukturuna çıxışı vacibdir: “Biz Bir ilə tərəfdaşlıqdan məmnunuq və 140-dan çox ölkə üzrə beynəlxalq ödəniş imkanlarının genişlənməsinə dəstək veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul köçürmələrini təmin edərək qlobal maliyyə əlaqələrini gücləndiririk”.

Bir və “Paysend” tərəfdaşlığı istifadəçilərə sərhədlərarası pul köçürmələrini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verir. Bir ekosistemi hazırda Azərbaycanda 5 milyondan çox istifadəçiyə xidmət göstərir və ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verir. m10 vasitəsilə ani beynəlxalq köçürmələrin istifadəyə verilməsi Bir ekosistemində aktivliyin daha da artmasına, həmçinin Birbank vasitəsilə gündəlik bank xidmətləri və Birmarket üzərindən onlayn alış-veriş kimi tamamlayıcı xidmətlərin istifadəsinin genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

“Paysend” haqqında

“Paysend” dünyanın ən böyük sərhədlərarası rəqəmsal şəbəkəsini qurmaq məqsədi daşıyan maliyyə texnologiyaları şirkətidir. Şirkət fərdi və korporativ müştərilər üçün sərhədlərarası pul köçürmələrini istənilən yerdə, istənilən valyutada və istənilən üsulla daha sürətli, daha ucuz və daha əlçatan etməyə fokuslanır.

2017-ci ildə kartdan-karta köçürmələrin tətbiqi ilə əsası qoyulan “Paysend”, bu gün ənənəvi pul köçürmələrindən daha geniş imkanlar təqdim edən kompleks maliyyə həlləri təklif edir.

Qlobal fəaliyyət şəbəkəsinə malik, London, Belqrad, Dublin və Mayami şəhərlərində ofisləri yerləşən şirkət 170-dən çox ölkədə 11 milyondan artıq müştəriyə xidmət göstərir. Şirkət sərhədlərarası ödənişləri daha sadə və əlçatan etmək üçün 25 milyarddan çox ödəniş nöqtəsinə çıxış imkanı yaradır.

Ətraflı məlumat üçün: paysend.com

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

End of content

No more pages to load

RADİO