Deputat icra başçısının 180-lə gedən maşını barədə: "Müavinin üzrü günahından betər oldu"

Ümid partiyasının sədri İqbal Ağazadə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saata 180 kilometr sürətlə görüntülənməsinə münasibət bildirib.

Partiya sədri  deyib ki, qanun qarşısında hamı bərabərhüquqludur:

"Hər kəs qanuna tabe olmalıdır, həmçinin də icra başçıları. Bu heç də yaxşı hal deyil. Əgər çox vacib bir iş olubsa da, izahı normal verilməlidir. İcra başçısının birinci müavininin "sürüb, sürüb də" deməsi doğru deyil. Desəydi ki, çox vacib işi olub, başqa məsələ. Ancaq müavinin üzrü günahından betər olub".

Qeyd edək ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov  bildirib ki, icra başçısının 001 seriyalı xidməti avtomobilini həmin vaxt sürücüsü idarə edib:

"Ola bilər sürətlə gedibsə, radara düşüb. Amma mən bilirəm ki, bizim icra başçısının sürücüsü maşını elə də çox sürətlə sürən deyil. İndi aydınlaşdırarıq. Sürücüdən savayı həmin avtomobili heç kim idarə etmir. Şəhər daxilində icra başçısının maşında olmamağı mümkündür. Ancaq şəhərdən kənardırsa, icra başçısı maşında olmaya bilməz. Dəqiq bilmərəm ki, olub, ya yox. Aydınlaşdırmaq lazımdır".

İlham İsmayılov əməkdaşımızla söhbətində qeyd edib ki, bu kimi məsələlərin ictimailəşdirilməsi doğru deyil:

"İcra başçısının xidməti maşınıdırsa, bunun araşdırılmasına nə ehtiyac var? Xidməti maşın saatda 200-lə də radara düşə bilər. Bunu ictimailəşdirməyə nə ehtiyac var? Cəriməsi gələcək də. Burada qeyri-adi nə var ki? Vallah, mənə elə gəlir ki, elə şeylərə reaksiya vermək, sayta yerləşdirmək qətiyyən düzgün deyil. Sürüb sürüb də. Radara düşübsə, cəriməsi gələcək".

Xatırladaq ki, Reportyor.tv saytına Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini göstərən video göndərilib.

Hadisə yanvarın 22-də baş verib və icra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib.

Görünür, qanuna birinci riayət etməli şəxs özü qaydaları kobud şəkildə pozur...(Ölkə.Az)

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

End of content

No more pages to load

RADİO