"Şovinist qüvvələrin Türkiyə-Rusiya münasibətlərini mürəkkəbləşdirmə xətti seçməsi..."

Məlum təyyarə olayı Rusiyada təhsil alan türk tələbərlərə də mənfi təsirini göstərib. Rusiyada təhsil alan türkiyəli tələbələr ölkədən çıxarılır. Rusiya polisi türkiyəli tələbələrin qaldığı şəhərciyə gecə itlərlə basqın edir. Bir çox tələbə hətta nəzarət altna alınıb.

Rus müəllimləri türk tələbələrin təhsil aldığı qruplara girməkdən imtina ediblər. Həmçinin Rusiya Voronej İrəli Texnologiya İnstitutunun rəhbərliyi türk şagirdlərə ölkədən çıxmaları barədəxa0 xəbərdarlıq edib.xa0 İmtahanda kəsiləcəkləri ilə hədələnən türkiyəli tələbələrə öz istəkləri ilə universitetləri tərk etmək barədə ərizələr belə yazdırılıb. Əks halda təhsil haqqlarını ödəmiş olduqlarına baxmayaraq vizalarının müddətinin uzadılmayacağı bildirilib.

Bəs görəsən iki ölkə arasındakı siyasi gərginliyin təhsil sahəsinə sirayət etməsi nə qədər doğrudur? Türkiyəli tələbələrinin Rusiyadan çıxarılacağı təqdirdə Türkiyəninn buna cavabı necə ola bilər? Azərbaycan tərəfi bu məsələdə qardaş ölkəyə nə kimi köməklik göstərə bilər?

Moderator.az-ın bu suallarını millət vəkili Elman Nəsirli cavablandırıb.

Deputat əvvəlcə Rusiyada təhsil alan türkiyəli tələbələrə edilən təzyiqlərə münasibət bildirib: “Bu çox təhlükəli tendensiyadır. Noyabr ayında baş verən hadisəni yalnız sülh, danışıqlar yolu ilə həll etmək lazımdır. Türkiyənin baş naziri Əhməd Davudoğlu da Bakıda olarkən mətbuata verdiyi bəyanatda qeyd etdi ki, Rusiya bizim üçün dost, qonşu və böyük ortaqlığı olan dövlətdir. Türkiyə tərəfi sülh mesajını ünvanlamış oldu. Türkiyə və Rusiya noyabr ayının 24-nə qədər faktiki olaraq strateji tərəfdaş dövlətlər idi. Rusiya özünün azı 20 milyard dollar investisiyasını Türkiyədə atom elektrik stansiyasının tikilməsinə xərcləyib. Türkiyə də başqa bir dövlətə deyil, məhz rus şirkətinə bu işi həvalə etdi, rus şirkəti tenderin qalibi oldu və bu da Rusiyaya olan xeyirxah münasibətin ifadəsi idi. Halbuki,xa0 alman, yapon və digər dövlətin şirkətləri də Türkiyədə atom elektrik stansiyası tikə bilərdi. Hər iki dövlətin ticarət dövriyyəsi 40 milyard dollar civarındaydı və dediyim kimi onun 100 milyard dollara qaldırmaq haqqında ilkin razılaşma var idi. Amma bu son hadisədən müəyyən qüvvələr istifadə edib nəticə etibarilə bu iki dövlətin iqtisadi münasibətlərini daha daha da gərginləşdirmək xətti seçiblər. Və bu da qətiyyən olmaz, xüsusilə son günlər mətbuatda belə məlumatlar yayılır ki, Rusiyada təhsil alan türkiyəli tələbələrə qarşı təziqlər başlanıb. Onların ərizə yazaraq öz məktəblərini, Rusiyanı tərk etməsi ilə bağlı basqılar edilməsi barədə məlumatlar var. Bu günlərdə türkiyəli tələbələrin sıxışdırılması proesisinin əlamətləri özünü göstərməkdədir".

E. Nəsirli tələbələrin Rusiyadan çıxarılacağı təqdirdə Türkiyənin cavabının necə olacağını və belə olan təqdirdə baş verə biləcək hadisələri də şərh edib: “Türkiyə də adekvat cavab verərsə bu münasibətlərin bərpası ilə yox, çox uzağa gedən, mürəkkəb proseslərlə nəticələnəcək. Analoji addımı Türkiyə tərəfi də atarsa təkcə bu iki dövlət deyil bundan bütün region ziyan çəkə bilər. Onu da nərədən qaçırmayaq ki, bəzi mənbələrdə Rusiya və Türkiyə gəncləri arsındakı qarşıqı nigahların sayı 100 min nəfəri ötüb keçdiyi qeyd olunur. Bəs o zaman bu insanların taleyi necə olacaq? Bu da çox mühüm məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, şovinizt qüvvələrin qarşısında sədd çəkilməlidir. Onlar bu vəziyyətdən istifadə edərək həm mövcudluqlarını sübut etmək istəyirlər, eyni zamanda da bu iki dövlətin arasında da sağalması çox çətin ola biləcək bir zərbələr endirmək istəyirlər. Türkiyənin analoji addımı atması çox böyük fəsadlara gətirib çıxardar. Nəzərə alsaq ki, Türkiyə NATO-nun üzvüdür və belə olan vəziyyətdə Rusiya ilə münasibətlərinin gərginləşməsi həm də NATO ölkələri ilə onsuz da qəliz olan münasibətlərinin daha da gərginləşməsinə xidmət etmiş olar”x9d.

Millət vəkili son olaraq Türkiyə ilə Rusiya arasındakı gərginlikdə Azərbaycanın nə kimi töhfə verə biləcəyinə də aydınlıq gətirib: “Bu gün hər iki tərəfdən sağlam qüvvələr bu məsələlərə son qoymalıdır və eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev də Rusiya ilə Türkiyəxa0 arasında yaranmış bu gərginliyin aradan qaldırılması ilə bağlı öz vasitəçilik missiyasını təklif edib. Azərbaycanın həm Rusiya ilə tərəfdaşlıq münasibətləri var, həm də Türkiyə ilə analoji münasibətləri var. Türkiyə bizim üçün qardaş, dost dövlətdir, belə olan vəziyyətdə Azərbaycan bu iki münaqişə tərəfi arasında vasitəçi kimi çıxış edib, onların arasında sülhün, barışın əldə edilməsinə öz töhfəsini verə bilər. Və prezident İlham Əliyev də bunu açıq şəkildə bəyan edib. Belə olan vəziyyətdə müəyyən şovinist qüvvələrin bu vəziyyəti mürəkkəbləşdirmə xətti seçməsi heç bir halda nə Rusiyanın mənafeyinə uyğun addımdır, nə də Türkiyənin. İki dövlət arasında münasibətlərin gərginləşməsindən bütün Balkanlar,xa0 yaxın Orta Şərq, bütün Mərkəzi Asiya, bütün Qara Dəniz regionuxa0 ziyan çəkə bilər. Eyni zamanda bu reallıqlar fonunda Rusiyanın Qərblə gərginliyinin daha da artması cənubi Qafqazada öz mənfi təsirini göstərə bilər. Həmçinin region üçün çox böyük təhlükə mənbəyinə çevrilmiş Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də öz mənfi təsirini göstərə bilər ki, bunu da proqnozlaşdırmaq elə çətin deyil. Hesab edirəm ki, bu məsələdə üçüncü tərəf dövlətlərin üzərinə böyük vəzifə düşür, iki dövlətin arasında yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı əməli addımlar artsınlar, eyni zamanda Azərbaycanın sülh təşəbbüsünə qarşı tərəflərin pozitiv reaksiya verməsini gözləyirik. Azərbaycanın bu məsələdə böyük potensialı var və bu tərəflərin arasında barışıq əldə edilməsindəxa0 öz böyük töhfəsini verə bilər”x9d.xa0

Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

Bakıda marketdən 5 min manatlıq oğurluq edildi – FOTO -VİDEO

Bakıda marketdən 5 min manatlıq oğurluq edildi – FOTO -VİDEO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Nyu-York küçələri su altında – VİDEO

Nyu-York küçələri su altında – VİDEO

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

Türkiyədə NATO sammiti başladı - CANLI

Türkiyədə NATO sammiti başladı - CANLI

İtkin düşən turistlər tapıldı

İtkin düşən turistlər tapıldı

Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

Mingəçevirdə V “Cyber Summer School 2026” start götürdü – FOTO

Mingəçevirdə V “Cyber Summer School 2026” start götürdü – FOTO

Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!

Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!

End of content

No more pages to load

RADİO