Mingəçevirdə V “Cyber Summer School 2026” start götürdü – FOTO

Mingəçevir şəhərində V “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetidir.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “Qlobal Təhlükəsizlik” mükafatına layiq görülən “Cyber Summer School” layihəsi bu il ilk dəfə olaraq paytaxtdan kənarda – Mingəçevirdə təşkil edilir.

Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması, gənclərin nəzəri bilik və praktiki bacarıqlarının artırılması, regionlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də bu sahədə gənclər arasında peşəkar əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra “Cyber Summer School” layihəsinin ötən illər ərzində keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.


Açılış mərasimində çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, “Cyber Summer School” artıq ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən aparıcı təhsil platformalarından birinə çevrilib. Onun sözlərinə görə, layihə yalnız təlim proqramı deyil, eyni zamanda gənclərin peşəkar mühitlə yaxından tanış olması, praktiki təcrübə qazanması və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsi üçün mühüm imkan yaradır.

Pənah Musayev qeyd edib ki, bu il düşərgəyə ölkənin 60 regionundan 100-dən artıq tələbə və şagird qatılıb. Bu göstərici layihəyə marağın ildən-ilə artdığını, regionlarda kibertəhlükəsizlik sahəsində biliklərin artmasını və gənclərin bu istiqamətdə peşəkar inkişafına mühüm töhfə verdiyini nümayiş etdirir.
 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında belə nüfuzlu layihənin məhz Mingəçevirdə keçirilməsini şəhərin təhsil, innovasiya və gənclər siyasəti sahəsində artan potensialının göstəricisi kimi dəyərləndirib. O vurğulayıb ki, Mingəçevir bu gün yalnız sənaye və energetika mərkəzi deyil, eyni zamanda müasir biliklərin, rəqəmsal texnologiyaların və innovativ təşəbbüslərin inkişaf etdiyi mühüm regional mərkəz kimi tanınmaqdadır.


Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında rəqəmsal bacarıqların inkişafının dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, müasir dövrdə kibertəhlükəsizlik qlobal çağırışlardan biri kimi xüsusi əhəmiyyət daşıyır və bu sahədə savadlı, məsuliyyətli və peşəkar gənc kadrların hazırlanması strateji vəzifələrdəndir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov çıxışında bildirib ki, müasir dünyada kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir.

O qeyd edib ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə milli kiberməkda müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də kibertəhdidlərə qarşı proaktiv fəaliyyətin təşkili, təhlükəsizlik boşluqlarının ən qısa müddətdə aşkarlanması və aradan qaldırılmasında yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir.
 

Davud Rüstəmov çıxışında qlobal kibertəhdidlərin miqyasının artan dinamika ilə davam etdiyini diqqətə çatdıraraq bu sahədə beynəlxalq statistik göstəricilərə də toxunub. O bildirib ki, Azərbaycana məxsus İP aralıqda qurulmuş ”kiber tələ”  (“honey pot”) infrastrukturunun göstəricilərinə əsasən son 24 saat ərzində 56 min kiberhücum qeydə alınıb. Belə tətbiqlər, ölkəmizin informasiya infrastrukturlarına qarşı yönələn potensial kiberhücum mənzərəsini davamlı olaraq izləməyə imkan yaradır.


Mərkəz rəisi qeyd edib ki, qlobal kibertəhdidlərə qarşı mübarizənin effektiv olması üçün dövlət qurumları, ali təhsil müəssisələri və özəl sektor arasında səmərəli əməkdaşlıq platformaları xüsusi əhəmiyyət daşıyır.

Davud Rüstəmov bildirib ki, kibertəhlükəsizlik düşərgəsində dövlət və özəl sektor nümayəndələrinin eyni platformada təmsil olunması iştirakçılar üçün mühüm üstünlüklər yaradır.

Onun sözlərinə görə, gənclər peşəkar təlimçilərin təqdim etdiyi təlimlərdə iştirak edərək, xüsusilə SCADA sistemləri ilə tanış olaraq, belə sistemlərə qarşı yönəlmiş kiberhücumların xarakterini öyrənərək daha geniş təcrübə əldə edə biləcəklər.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında V “Cyber Summer School 2026” layihəsinin məhz Mingəçevirdə keçirilməsini region universitetlərinin inkişafı, rəqəmsal transformasiyanın sürətləndirilməsi və əmək bazarının tələblərinə cavab verən müasir kadr hazırlığı baxımından mühüm hadisə kimi qiymətləndirib.

Rektor bildirib ki, beynəlxalq statistik məlumatlara əsasən, dünyada hər 39 saniyədən bir kiberhücum baş verir. Bu hücumlar qlobal iqtisadiyyata milyardlarla dollar həcmində ziyan vurur və onların qarşısının alınması sistemli yanaşma, peşəkar kadr hazırlığı və güclü institusional əməkdaşlıq tələb edir. Anar Eminov qeyd edib ki, Mingəçevir Dövlət Universiteti son illərdə süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, innovasiya və dayanıqlı inkişaf istiqamətlərini öz fəaliyyətinin əsas prioritetləri sırasında müəyyənləşdirib.

Universitetin başlıca məqsədlərindən biri tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, eyni zamanda real sektorun tələblərinə uyğun praktiki bacarıqlara yiyələnməsidir.

Onun sözlərinə görə, hazırda universitetdə informasiya təhlükəsizliyi ixtisası üzrə 118 tələbə təhsil alır. Bununla yanaşı, 70 tələbənin iştirakı ilə AKTA təşəbbüsü ilə yaradılmış Kiber klub çərçivəsində gənclər kibertəhlükəsizlik sahəsində müxtəlif layihələr həyata keçirir, bilik və bacarıqlarını praktik mühitdə inkişaf etdirirlər.

Tədbirdə motivasiya çıxışı ilə iştirak edən “CrowdStrike” şirkətinin regional sistem mühəndisi Orxan Həbibzadə kibertəhlükəsizlik sahəsində uğurlu karyera qurmağın əsas prinsiplərindən danışıb. O qeyd edib ki, onun uğurlu karyerası sayəsində nüfuzlu PaloAlto şirkətinin ilk azərbaycanlı əməkdaşı olub. 
 

O xüsusi qeyd edib ki, bu istiqamətdə peşəkar inkişaf davamlı öyrənmə, praktiki təcrübə, analitik düşüncə, komandada işləmək bacarığı və daim yenilənən texnologiyalara uyğunlaşmaqdan keçir. Eyni xarakterli motivasiya çıxışı ilə AKTA təşəbbüsü ilə yaradılan Kiber Diaspora üzvü Elgün Bəxtiyaroğlu öz fikirlərini bildirib. O, Kanadada qurulan Texio Akademiyası təcrübəsindən və gələcəkdə hər bir CSS iştiakçısının yarada biləcəyi layihə imkanlarından danışıb.


Qeyd edək ki, yay məktəbi çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətləri əhatə edən intensiv təlim proqramı təşkil olunacaq. Proqrama praktiki laboratoriya məşğələləri, komanda fəaliyyətləri, idman və intellektual yarışlar, eləcə də beynəlxalq təcrübədə geniş tətbiq olunan və YER Hostinq şirkəti tərəfindən keçirilən “Capture The Flag” (CTF) kibertəhlükəsizlik yarışları daxildir.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

Putin çıxış etdi, Peskov yuxuladı – Video

Putin çıxış etdi, Peskov yuxuladı – Video

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Ağdam şəhərinə köçürülən 117 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO

Ağdam şəhərinə köçürülən 117 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO

Pezeşkian qızına ana dilində müraciət etdi - Video

Pezeşkian qızına ana dilində müraciət etdi - Video

Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq

Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Atasını öldürüb, cinayəti belə ört-basdır etmək istədi – Gədəbəydə 34 il əvvəlki qətlin TƏFƏRRÜATI

Atasını öldürüb, cinayəti belə ört-basdır etmək istədi – Gədəbəydə 34 il əvvəlki qətlin TƏFƏRRÜATI

"Apple"ın baş direktoru vəzifəsindən ayrıldı – VİDEO

"Apple"ın baş direktoru vəzifəsindən ayrıldı – VİDEO

Nikol Paşinyan: “Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik”

Nikol Paşinyan: “Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik”

Ötən sutka Ukraynanın 1050 PUA-sı məhv edilib – Rusiya Müdafiə Nazirliyi

Ötən sutka Ukraynanın 1050 PUA-sı məhv edilib – Rusiya Müdafiə Nazirliyi

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev: Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

İlham Əliyev: Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

End of content

No more pages to load

RADİO