Azərbaycanda peyvəndin saxlanılması üçün konteynerlər varmı? – ARAŞDIRMA

Azərbaycan koronavirusla bağlı vaksinin tətbiqinə gələn həftədən başlanacaq. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovun sözlərinə görə Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur. 

Qeyd edək ki, dünyada virusa qarşı çoxsaylı peyvənd istehsal olunarkən, Azərbaycanın seçimi Pekində fəaliyyət göstərən Sinovac şirkətinin "CoronaVac" peyvəndi olub. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər də hazırlayır.

Peyvəndin gətirilməsi, saxlanması, daşınması, təhlükəsizlik şəkildə tətbiqi geniş və ciddi prosesdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda peyvəndin saxlanılması üçün konteynerlər varmı? – ARAŞDIRMA


Mütəxəssislərin bildirdiyinə görə, peyvəndlər xüsusi konteynerlərdə -70 və ya -80 dərəcədə saxlanılmalı, soyuq zəncir prinsipindən istifadə olunmalıdır.

Peyvəndin gətirildiyi yerdən icra olunduğu nöqtəyə qədər tələb olunan temperatur, saxlanma üçün tələb olunan temperatur (məsələn, Çin vaksini üçün bu, mənfi 3-4 dərəcədir) və saxlanma şəraiti zəncir şəkildə bir-birini təqib etməlidir. 

Burada zəncirin bir halqasında qırılma yaranarsa, o zaman peyvəndin effektivliyində və yaxud onun tətbiqindən sonra mənfi nəticələrin meydana çıxması halları baş verə bilər. 

Tibb mütəxəssislərinin dediyinə görə, Azərbaycanda peyvəndin saxlanması üçün xüsusi şərait və ya konteynerlər yoxdur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov Bizim.Media-ya deyib ki, Çin vaksininin saxlanma şəraiti üçün Azərbaycanda soyuq zəncir Səhiyyə Nazirliyi tərəfindən UNİSEF-in və beynəlxalq qurumların köməyi ilə uzun illərdir ki, mövcuddur: 

''Yeni doğulanlara, körpələrə vurulan peyvəndlər məhz həmin temperaturda saxlanılır. Bunun üçün poliklinikalarda soyuq zəncir və soyuducular var. Çinin vaksini köhnə metodologiya olduğu üçün temperatur tələbləri var. ABŞ və Avropa peyvəndləri müasir texnologiya ilə istehsal və kompleks zülallardan istifadə olunduğu üçün onların mənfi 70 dərəcədə saxlanması tələb olunur''.

''Çünki qısa zamanda dağılma təhlükəsi ilə üzləşir. Bunun üçün Azərbaycanda texnologiya yoxdur və saxlanma soyuducuları kənardan əldə edilməlidir. Ola bilsin ki, vaksin istehsalçıları peyvəndi ölkələrə satarkən, tələb olunan müvafiq konteynerləri ya sata, ya da təqdim edə bilərlər. Eyni zamanda bu, peyvəndin paylanmasını çətinləşdirir. Ərazisi və əhalisi nisbətən böyük olan ölkələrdə bu vaksin soyuducudan çıxarılan kimi vurulmalı, o cür soyuducu kameralar hər poliklinikalarda və regionlarda olmalıdır''. 

Nazirlik rəsmisinin sözlərinə görə, Çin vaksini saxlanma şəraiti baxımından daha əlverişlidir:

“Bu vaksin Rusiya və digər ölkələrin peyvəndləri kimi -20 dərəcə temperaturda saxlanılır. Amma Çin vaksinin bir əlverişsiz cəhəti var ki,  müəyyən müddət ərzində immuniteti saxlayır. Öldürülmüş virus vaksinləri bu analogiyalarladır. Əgər vaksin vurulandan 3-5 il sonra şəxs koronavirusla təmasa gəlməsə, immunitet getdikzə zəifləyəcək. Bu cür vaksinlərdə təkrar dozaların vurulması tələb olunur. Yəni Çin vaksinində uzunmüddətli immunitet formalaşmır”.

Qeyd edək ki, “CoronaVac” peyvəndinin ilk partiyası dekabr ayının sonunda Türkiyəyə gətirilib.

Artıq qardaş ölkədə 256 mindən çox insan peyvəndlənib. Dekabr ayında MDB sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanda peyvənd proqramının 2021-ci ilin əvvəllərində başlayacağını söyləyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

Kim Çen İn öldü – KİV

Kim Çen İn öldü – KİV

Çempionlar Liqası: “Sabah” bu gün növbəti sınağına çıxır

Çempionlar Liqası: “Sabah” bu gün növbəti sınağına çıxır

Kürdəmirdə ağır qəza: Xəsarət alanların kimliyi bəlli oldu – FOTO

Kürdəmirdə ağır qəza: Xəsarət alanların kimliyi bəlli oldu – FOTO

Kirayə üsulu mənzil satışında YENİLİK – Qiymətlər necə DƏYİŞƏCƏK?

Kirayə üsulu mənzil satışında YENİLİK – Qiymətlər necə DƏYİŞƏCƏK?

Trampın xüsusi elçisi Zelenski ilə görüşmək üçün Norveçə yola düşdü

Trampın xüsusi elçisi Zelenski ilə görüşmək üçün Norveçə yola düşdü

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Vətən müharibəsinin XRONİKASI: 20 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 20 oktyabr – VİDEO

"Sabah"ın bütün futbolçularını araşdırmışam"

"Sabah"ın bütün futbolçularını araşdırmışam"

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

End of content

No more pages to load

RADİO