Çin peyvəndinə etibar edəkmi? – Nazirlikdən AÇIQLAMA

İnsanlar arasında koronavirus peyvəndi ilə bağlı əndişə var. Narahatlığın qaynağı yeni növ koronavirusa qarşı effektli mübarizə preparatının hansı keyfiyyətdə hazırlanması, təsir gücünün əhəmiyyəti və son vaxtlar vaksinasiyadan sonra ölümlərin artması ilə izah olunur.

Bütün tərəddüd və ehtimallara baxmayaraq, bu və ya növbəti aydan etibarən Azərbaycanda peyvəndləmə həyata keçəcək. 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov Bizim.Media-ya açıqlamasında Azərbaycanın saziş bağladığı və gətirilməsi üçün hazırlıq işlərinə başlanılan Çin vaksininin həddindən artıq effektli təsirə malik olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda peyvəndin gecikməsi yaxşıdır, ya pis?  


“Azərbaycan və digər ölkələrin saziş imzalayıb ölkəsinə gətirməsini təmin edən Çinin vaksini köhnə metodologiya əsasında hazırlanıb. 50 ildən çox tarixi var.  Hazırda bir çox məmləkətlərdə yeni doğulanlara, o cümlədən məktəbyaşlı uşaqlara vurulan peyvənddir, təcrübədən keçirilib və effektlidir. Belə peyvəndlər bir çox xəstəliklərin aradan qaldırılmasına kömək edib, digər xəstəliklərin rast gəlmə tezliyini isə nadir edib. Çin bu peyvəndin effektliyini öz ölkəsində təsdiqləyib və digər ölkərə də təqdim edir”.

Nazirlik rəsmisi qeyd edib ki, sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərində Çinin vaksini 100 mindən çox insana vurulub və effektivliyi 86 faizə çatıb:

“İndoneziya, Cənubi Asiya ölkələrinin bir neçəsində Çin vaksini uğurla istifadə olunub. Bir həftə əvvəl isə Braziliyada tətbiqinə dair nəticələr açıqlanıb. Türkiyədə də peyvəndin effektivliyi və təhlükəsizliyinin yüksək faizlə nəticəsi müəyyənləşib. Peyvəndin keyfiyyətinin yüksək, yan təsirlərinin isə çox nadir olduğunu nəzərə alaraq Çin vaksini istifadəyə yararlıdır”. 

Nabil Seyidovun sözlərinə görə, Azərbaycana gətiriləcək Çin vaksini Səhiyyə Nazirliyi tərəfindən yenidən araşdırılacaq və qeydiyyata alınması üçün incələnəcək:

“Bütün sənədlər yoxlanacaq, keyfiyyətə nəzarət tədbirləri həyata keçiriləcək və vaksinin Azərbaycanda tətbiqinə icazə veriləcək. Yalnız bu icazə verildikdən sonra vaksin ölkə vətəndaşlarına təqdim oluna bilər. Hazırda bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və onun nəzdindəki Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) hazırlıq işlərinə başlayıb”. 

Vaksinlərin klinik tədqiqatının Azərbaycanda da həyata keçirilib-keçirilməməsi məsələsinə toxunan Nabil Seyidov belə bir tələbin mövcud olmadığını vurğulayıb:

“Buna heç ehtiyac da görülmür. Əgər vaksinin tədqiqatına və tətbiqinə ABŞ, Böyük Britaniya, Braziliya kimi ölkələrdə icazə verilibsə, Almaniya o vaksini istifadə etmək istəyirsə, klinik sınaqlara da ehtiyac yoxdur. Bu, bir qədər yalnış yanaşmadır. Hər bir ölkədə həyata keçirilən tədqiqatlar standartlara uyğun aparılır. Çinin vaksini 5-dən çox ölkədə sınaqlardan keçirilib. Bu da etibarlılığı, onun hazırlanma üsulunun, texnologiyasının yaxşı olduğunu göstərir. Dünyada olan 200 ölkə peyvəndin klinik tədqiqatını keçirsə, bu mənasız və faydasızdır”.

Peyvənddən sonra baş verən ölümlərə gəlincə, nazirlik sözçüsü belə halların olacağını da istisna etməyib:

''Yan təsirlər və ölüm halları mümkündür. Bu vaksindən vaksinə fərqlənir. “Moderna” və “BioNTech” şirkətlərinin vaksinlərində çox ciddi allergik reaksiyaların baş verməsi 11 faizdən yuxarıdır. Amma köhnə metodologiya əsasında hazırlanmış qrip, yəni Çin vaksini yan təsirlərin bir faizidir. Müasir peyvəndlər effektivsizdir və yeni texnologiyadır. Yəni bu texnoalogiya sonadək öyrənilməyib''.

''Bu baxımdan bütün peyvəndlərin tətbiqində pasiyentlərdən öncə həkim müayinəsindən keçmələri tələb olunacaq. Vaksin vurulandan sonra xəstə 30 dəqiqə və ya 1 saat ərzində həkim nəzarəti altında saxlanılır ki, ciddi allerjik reaksiya və şok hallar məhz o müddətdə baş verir. Yüngül allergiyanın olması, hərarətin qalxması, qaşınma kimi halların olması mümkündür. Bunları isə adi dərmanlarla digər vaksinlərdə olduğu kimi aradn qaldırmaq mümkündür''. 

Alçina Amilqızı, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

İki xarici vətəndaşın qılıncla boynu vuruldu - Məkkədə dəhşətli edam - Foto

Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

Kim Çen İn öldü – KİV

Kim Çen İn öldü – KİV

Çempionlar Liqası: “Sabah” bu gün növbəti sınağına çıxır

Çempionlar Liqası: “Sabah” bu gün növbəti sınağına çıxır

Kürdəmirdə ağır qəza: Xəsarət alanların kimliyi bəlli oldu – FOTO

Kürdəmirdə ağır qəza: Xəsarət alanların kimliyi bəlli oldu – FOTO

Kirayə üsulu mənzil satışında YENİLİK – Qiymətlər necə DƏYİŞƏCƏK?

Kirayə üsulu mənzil satışında YENİLİK – Qiymətlər necə DƏYİŞƏCƏK?

Trampın xüsusi elçisi Zelenski ilə görüşmək üçün Norveçə yola düşdü

Trampın xüsusi elçisi Zelenski ilə görüşmək üçün Norveçə yola düşdü

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Yasamal rayonunun bu ərazilərində işıq olmayacaq

Vətən müharibəsinin XRONİKASI: 20 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 20 oktyabr – VİDEO

"Sabah"ın bütün futbolçularını araşdırmışam"

"Sabah"ın bütün futbolçularını araşdırmışam"

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

End of content

No more pages to load

RADİO