Yayda müşahidə edilən dəri xəstəlikləri

Yay aylarında dəri xəstəlikləri ilə müraciətlərin səbəbləri və mahiyyəti dəyişir, amma say artmır.

Bizim.Media xəbər verir ki, bunu  həkim-dermatoloq Emil Muradxanlı deyib.

O yay fəslində müşahidə olunan dəri xəstəlikləri ilə bağlı məlumat verib:

"Bütövlükdə yay fəslini 3 hissə olaraq götürsək, ilk hissədə, yəni ilk 4-5 həftə ərzində əsasən günəş şüalarına ciddi həssaslığı olan dəri xəstəlikləri (rozasea, porfiriya, fitofotodermatit) üstünlük təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Dərini cavan saxlamağın unikal yolları


Yayın ikinci yarısı əsasən dəri büküşləri problemləri (bişməcə, göbələk xəstəlikləri), qida toksikozları (əsasən çiyələk və qarpız buna səbəb olur) və əlbəttə, günəş yanıqları daha çox müşahidə olunur.

Yayın üçüncü fazasında isə əsasən piqment problemləri, lazer yanıqları (bronzlaşmış dəriyə yanlış doza tətbiqindən yaranan və piqmentlə əvəz olunan yanıqlar) və müxtəlif dəri səpkiləri yarana bilir".

Həkim icarəyə götürülmüş geyimlərlə bağlı da bəzi yüngül xəstəliklərin olduğunu deyib, lakin bütövlükdə bu geyimlərin ciddi infeksiya mənbəyi olmadığını diqqətə çatdırıb:

"İcarəyə götürülmüş paltarlarla bağlı nə qədər qəribə səslənsə də, 1-2 hal istisna olmaqla ümumiyyətlə problem yaranmır. Mən bugeyimlərini infeksiya mənbəyi hesab etmirəm. Ən azından ciddi infeksiya mənbəyi deyillər.
 

Burada bəzi göbələk və bakterial xəstəliklər müşahidə edilə bilər, amma praktikada normal immunitetə sahib insanların bunu asanlıqla dəf etdiyini görürük. İcarəyə paltar götürən şəxslərə tövsiyəm budur ki, istifadədən əvvəl mütləq gigiyenik qaydalara riayət etsinlər.


Yuyula bilməyən paltarları istifadədən ən azı 1 gün əvvəl sprey şəklində olan xlorheksidin məhlulu ilə dezinfeksiya etsinlər.

Burada sahibkarların üzərinə ciddi məsuliyyət düşür. Onlar paltara istismar müddəti və müştəri sayı məhdudiyyəti tətbiq etməlidirlər. Həmçinin hüquqi baxımdan dezinfeksiya zamanı istifadə edilmiş maddələr və istifadəçi sayı barədə yeni müştərilər məlumatlandırılmalıdır". (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

End of content

No more pages to load

RADİO