COVİD-19 nəyə nail olmaq istəyir? - İnsan həyatları ilə oynanılan OYUNUN SİRRİ

Çinin Hubey əyalətində, Uhanda koronavirus infeksiyası yayılan vaxtlar postsovet məkanı virusa gülürdü.

2019-cu ilin sonları, 2020-nin ilk iki ayında MDB məkanında COVİD-19 ilə bağlı münasibət fərqliydi. 

Koronavirus və Səddam Hüseyn...

2003-cü ildə ABŞ-Britaniya koalisiyasının İraqı işğalında Rusiya hərbi əməliyyatlara müdaxilə etmədi. Amma Putin hökuməti ilə Səddam İraqını bağlayan əlaqələr vardı. Səbəb kimi, Qərbin İraqa hücumundan qabaq Bağdad və Moskvanın partiyalararası mübahisəsi göstərilir. Hərçənd Vaşinqtonun savaşa qarışmaması üçün Kremlə ödədiyi 20 milyard dollar versiyası da var. 
 

MÖVZU İLƏ BAĞLI:

COVİD-19 ABŞ laboratoriyasından yayılıb? – ALİMDƏN İLGİNC AÇIQLAMA 


Bütün dünya və ÜST koronavirusdan fəryad çəkən dövrdə Azərbaycan da daxil bəzi ölkələrdə virusun əvvəlinə "ölümcül" sözünün artırılması qadağan idi. Lakin fevralın son günləri və mart ayından etibarən vəziyyət dəyişdi. Rusiya daxil, postsovet ölkələrində də qabaqlayıcı tədbirlər başladı. Karantinə etiraz edənlər isə ancaq Belarusla, Türkmənistan oldu.

Bəlkə Lukaşenko buna görə Minskin ayağa qaldırılacağını bilsəydi, "COVİD era"sına əvvəlcədən razılıq verərdi. MDB məkanında gülüş hədəfi olan koronavirusun qəfil ciddiyə alınmasını Rusiya ilə "Səddam Hüseyn taktikası" adlandıranlar da oldu. Yəni...

Guya Rusiya ÜST-lə sövdələşməyə girdi və COVİD qarşılığında Qərbin bəzi təzyiqlərini (Ukrayna, Suriya) dondurdu. Həmçinin vaksin bazarında da yerini razılaşdırdı.

Azərbaycanın koronavirus siyasətinə razılaşmasına səbəb isə II Qarabağ müharibəsini göstərən ekspertlər də var. Bununla Bakı ermənipərəst Qərbin savaşa müdaxilə etməyəcəyini sığortalayıb. Əlbəttə ki, bunlar versiyalar arasındadır. Çünki torpaqların azad olunmasında beynəlxalq hüquq Azərbaycanın tərəfindəydi.

COVİD ilə əlaqədar real olan isə kütləvi insan qırğınına mane olmaq idi. Fakt kimi Rusiya əhalisindəki qocalaşmanı örnək gətirmək olar, çünki Kremlə onsuz da ölkə ərazisinə görə çox olmayan rusların virusdan ölüb azalması lazım deyil. 

Müasir quldarlıq və ya ümumi qaydalar

Böyük güclər ÜST, yaxud COVİD adı ilə bütün dünyanın səhiyyəsində vahid qaydalar yaratdılar. Virusun daha tez yayılması üçün başlıca silah media oldu. Ümumi səhiyyə qaydalarına nail olmaq ticari əlaqələrlə iqtisadiyyata da sızdı. Çünki epidemioloji vəziyyət pis olan ölkələrin idxal-ixracına məhdudiyyətlər qoyuldu və bu da bəzi müstəqil dövlətləri asılı vəziyyətə saldı.
 

Haşiyəyə çıxaraq qeyd edək ki, bütün respublikaların koronavirusla barışmasında əsas səbəb də elə qara siyahıya salınmaq qorxusu olub. Yəni, ÜST qərarlarını qulaq ardına vuran dövlətlər hər sahədə embarqoya məruz qalmaqla planetin "həbsxana ölkələri"nə çevriləcəkdilər.


Koronavirus həm də insan təfəkkürlərini qərarlara tabe olmağa hazırlayır. Daha əvvəl Qüds, Vatikan və Məkkənin qanunlarını özünə vacib bilən dindarlar belə, indi ilk növbədə ÜST-ün qadağalarına əməl edirlər. Yoxsa onları cərimə, həbs və sosial həyatdan təcrid olunmaq gözləyir. Könüllülük devizi ilə start götürən vaksinasiya da buna görə məcburiləşir.

Azərbaycanda da avqustun 16-dan bəzi sosial xidmətlər yalnız COVİD pasportu olanlara göstəriləcək. Sözügedən sənədi olmayan cütlüklər restoranda toy edə bilmirlər. Belə nüanslar müxtəlif ölkələrdə etirazlara səbəb olur, amma bu aksiyanı hökumət yox, elə vaksin olunmuşların səsi boğur.

Peyvənd olunmuşlara aşılanan odur ki, "sağlam cəmiyyətdə yaşasanız, yoluxmadan uzaq olacaqsınız. Bunun üçün isə hər kəsin vaksinlənməsi lazımdır". Ən maraqlı suallardan biri də budur:

"Yoluxma ehtimalım qalacaqsa, niyə peyvənd olunmalıyam?"

Müxtəsər, cəmiyyət iki hissəyə bölünür və belə bir durumda peyvənd olunmuşlarla, vaksindən qaçanlar arasında baryer yaranır. Bəzi ABŞ-ın fantastika filmlərindəki kimi, iki təbəqənin - razılaşdırılmış zümrə və lümpenlərin (təcrid olunmuş) yaranmaması üçün peyvənd olunmaq daha məqsədəuyğundur.
 

Çünki əksər ekspertlərin fikrincə, böyük güclərin COVİD siyasətinin qarşısını yalnız III Dünya Savaşı ala bilərdi. Bu isə mümkünsüzləşib. Belə ki, bu müharibəyə səbəb sayıla biləcək Rusiya və İran da ÜST qaydaları ilə razılaşıb.


İnsanları narahat edən əsas məsələ isə müxtəlif ştamm yaranmalarının gələcəkdə çipləşməyə də yol aça biləcəyi barədə gəzən söz-söhbətdir. Kanspiroloji yöntəmlər hamının düşüncələrini işğal edib və bunun hökmən baş verəcəyi fikirndədirlər. 

Əsl məqsəd müstəqil ölkələrin vahid mərkəzdən idarə olunmasına keçiddir. Mütəxəssislər belə düşünür.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

UEFA FİFA-dan HESABAT tələb etdi

UEFA FİFA-dan HESABAT tələb etdi

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Parisda komendant saatı ELAN OLUNDU

Parisda komendant saatı ELAN OLUNDU

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

End of content

No more pages to load

RADİO