Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə tədbir KEÇİRİLDİ

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində COP29 Sədrliyi tərəfindən Pre-COP29 çərçivəsində “Dayanıqlı və Davamlı Gələcəyin Gücləndirilməsi: İqlim Fəaliyyətində İnsan İnkişafının Rolu” adlı tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO, BMT-nin İnkişaf Proqramı, UNICEF, Beynəlxalq Əmək Təşkilatı və çoxtərəfli inkişaf bankları, eləcə də vətəndaş cəmiyyəti və xeyriyyəçilik təşkilatları da daxil olmaqla qlobal tərəfdaşlarla məsləhətləşmələr yolu ilə hazırlanmış “İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü” təqdim olunub və həmin istiqamətdə müzakirələr aparılıb.
 

Tədbirdə insan inkişafının iqlim dayanıqlığı strategiyalarına inteqrasiyası ilə bağlı fikir mübadiləsinin aparılması üçün hökumətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gəliblər.


Tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev həmin təşəbbüsün məqsədinin uşaqların və gənclərin diqqət mərkəzində saxlanılması ilə təhsil, səhiyyə, sosial müdafiə, yaşıl iş yerləri və bacarıqlar vasitəsilə insan inkişafına dəstək vermək və bununla iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilən birinci paneldə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullah, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Dooley, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə Ofisinin təmsilçisi Kamran Maşhadi iqlim dayanıqlığının formalaşdırılmasında təhsil, yaşıl iş yerləri və sağlamlığın mühüm rolu, eləcə də uşaqların və gənclərin bu istiqamətdə dəstəklənməsinin vacibliyi ətrafında müzakirə aparıblar.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru xanım Sunniya Durrani-Camalın moderatorluğu ilə keçirilən ikinci panel iqlim fəaliyyətində insan inkişafı üçün maliyyələşdirmənin artırılmasına həsr olunub. Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin direktoru Azər Bayramov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-nümayəndəsi Alessandra Rokkasalvo, Dünya Bankının Cənubi Qafqazda insan inkişafı üzrə nümayəndəsi Ahmet Levent Yener, Qlobal Fondun özəl sektor üzrə rəhbəri Con Fairhurst, Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq siyasət və əlaqələndirmə departamentinin rəhbəri Can-Villem van de Ven və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel davamlı və dayanıqlı gələcək üçün insan inkişafına investisiyaların genişləndirilməsi məqsədilə innovativ maliyyələşdirmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbir insan inkişafının iqlim fəaliyyətindəki mühüm rolunu bir daha ön plana çıxarıb. İştirakçıların rəyləri “İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”nün daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

End of content

No more pages to load

RADİO