COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib - FOTO

Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

FHN-də COP29-a hazırlıqla əlaqədar müşavirə KEÇİRİLDİ


Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.

Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.

Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib.

Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.

S.Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.

S.Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.

Sonra S.Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.

Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib. Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.
 

Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.


Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə danışıb. İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

End of content

No more pages to load

RADİO