COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərib

Bir sıra beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-da iştirak edən ölkələrin hökumətlərinə rəsmi məktub göndərildiyi bildirilir.

Bizim.Media xəbər verir ki, Britaniyanın “Business Green” nəşrində iyulun 18-də dərc olunan məqalədə yazılır:

“COP29 iqlim sammitinin prezidenti təsdiq edib ki, iqlim maliyyələşdirilməsinin yeni hədəfi haqqında qlobal razılaşmanın əldə edilməsi qarşıdan gələn konfransda danışıqların əsas bəndi olacaq”.

Qeyd olunur ki, СОР29-un prezidenti qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədilə hökumətləri yenilənmiş milli iqlim planlarını təqdim etməyə çağırır. Həmçinin vurğulanır ki, iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin (“New Collective Quantified Goal On Climate Finance – NCQG”) müəyyən edilməsi СОР29-a sədrlik edən ölkə üçün prioritet məsələ olacaq.

Məktubda həmçinin “Çərçivə Konvensiyasının Tərəfləri olan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq iqlim maliyyələşdirilməsi sahəsində iddialı və real məqsədi razılaşdırmaq” zəruriliyindən bəhs edilir.

COP29 prezidentinin fikrincə, ölkələr iqlim maliyyələşdirilməsinin hədəfi üzrə razılığa gəlmək üçün birgə işləməli olacaqlar. “Bu, təkcə bizim prioritetimiz deyil. Biz birlikdə bu tarixi mərhələyə nail olmaq üçün əlimizdən gələni etməliyik”, - deyə məktubda vurğulanır.
Bundan əlavə, Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (İDÇK) qoşulmuş ölkələrin nazirləri, habelə danışıqlar qruplarının nümayəndələri və QHT-lərin iştirakı ilə Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində keçiriləcək tədbirlər və görüşlər barədə məlumat verib.

Nəşr qeyd edib ki, o, ötən il Dubayda COP28-də işə salınmış və yoxsul və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməkdə kömək etmək üçün nəzərdə tutulmuş “İtki və zərərin kompensasiyası Fondunun” tam fəaliyyətini təmin etmək üçün addımların atılmasının vacib olduğunu xüsusilə qeyd edib.

СОР29-un prezidentinin məktubu “Beril” qasırğasından sonra doğma Karriaku adasını ziyarət edən və onun dağıdıcı nəticələrindən sarsılan İDÇK-nin icraçı katibi Saymon Stilin beynəlxalq ictimaiyyətə videomüraciət yazdığı həmin gün dərc edilib. İlkin məlumatlara görə, Qrenadinı arxipelaqın tərkib hissəsi olan Karriakudakı evlərin və binaların 98 faizi dağıdılıb və ya əhəmiyyətli dərəcədə zədələnib.

“İndi mən qonşularımın evindəyəm. Qonşu küçədə yerləşən nənəmin evi tamamilə dağıdılıb”, - deyə Stil qeyd edib. “Business Green” nəşrinə görə, iqlim fəlakətləri sadəcə insanların həyatını şikəst etmir, həm də uzunmüddətli xərclərə səbəb olur.

“Bu o deməkdir ki, bütün hökumətlər iqlim dəyişmələri ilə bağlı tədbirləri öz gündəmlərində birinci yerə qoymalıdırlar”, - deyə İDÇK-nin icraçı katibi X sosial media platformasında yayımlanan videoçarxda bildirib və əlavə edib ki, uyğunlaşma, davamlılığın artırılması və icmaların qorunması üzrə daha effektiv planlar lazımdır.

“Karriaku adasındakı evimizdən olarkən mən və həmyerlilərim bütün dünyada yüz milyonlarla insana çox yaxşı tanış olan dağıntıların şahidi olduq. İqlim böhranının nənəmin evinə gətirdiyi bəla bəşəriyyət üçün yeni normaya çevrilməməlidir”, - deyə Saymon Stil sonda bildirib.
Qeyd etmək lazımdır ki, “Business Green” “yaşıl” iqtisadiyyat haqqında məlumat yayan, “yaşıl” biznes xəbərlərini dərc edən və ətraf mühit problemlərini işıqlandıran Böyük Britaniyanın aparıcı biznes nəşridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

End of content

No more pages to load

RADİO