Bir günə 205 ABORT – Valideynlər niyə qız uşaqlarının qatilinə çevrilirlər?

Azərbaycanda ötən il 73 min 816 abort qeydə alınıb. 2022-ci ildə isə bu say 58 min idi.

Dövlət Statistika Komitəsinin digər məlumatına əsasən, ötən il 112 min 620 nəfər doğulub. Onun 59 min 814‑ü oğlan, 52 min 806‑sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

Selektiv abortların əhali sayına nisbətinə görə ölkəmizin dünya ölkələri arasında liderlik etdiyi hamımıza məlumdur.

Bu da gələcəkdə ölkəmizdə qadınların azalacağının mesajıdır. Belə sosial problemlə üz-üzə qalan cəmiyyətin qız uşaqlarına mənfi münasibəti nədən qaynaqlanır?

Müdrik atalarımızın dediyi, örnək götürüləsi ifadələr var. Bununla yanaşı zərərli söz və adətlərimiz də mövcuddur. Öyülən toy adətləri içərisində geniş yayılan “gəlin gətirdi” mərasimində nənələr, bibilər, xalalar uca səslə, xorla ürəkdən “yeddi oğul istərəm, bircə dənə qız, gəlin” ifadəsini işlədirlər. Xora qoşulan qadınlar bilərəkdən və bilməyərəkdən şüuraltına bu cür mesajlar ötürməklə gələcəkdə doğulacaq qız uşaqlarının hələ ana bətnində qatilinə çevrilirlər.

Ancaq qız uşaqları dünyaya gətirdiyi üçün ərin, qayınana və qayınatanın evdən qovduğu, boşanmağa məcbur etdiyi qadınların hekayələrini az eşitməmişik.

Xəstəxanalarda doğulan oğlan uşağına görə ikiqat muştuluq alan da, verən də bizik.
Bunlar selektiv abortun qadağan olunduğu Azərbaycanda rast gəldiyimiz nümunələrdir.

Ölkədə abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir.

Bəs abortların sayının artmasının başqa hansı səbəbləri var və selektiv abortlarla necə mübarizə aparılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ginekoloq Rəşad Sultan deyib ki, selektiv abort cinayətdir:

“Abort və selektiv abort tamamilə fərli məhfumlardır. Selektiv abort, cinsiyyətə görə uşaq seçmək böyük biabırçılıqdır, bəşəriyyət qarşısında cinayətdir. Bir valideynin uşaq seçməsi qədər absurd heç nə yoxdur. Selektiv abort bir cəmiyyətin nə qədər geri qalmasının göstəricisidir”.

Həkim abortların sayına təsir edən digər səbəblərə də toxunub:

“Abortların çox olma səbəbi ailə planlamalarına yetərincə diqqət yetirilməməsidir. Biz ginekoloqların da burada günah payı var. Bizə müraciət edən hər pasiyentə və ya doğuşdan sonra evə göndərdiyimiz hər zahıya ailə planlaması deyə bir məfhum olduğunu deməliyik. Ona hamiləlikdən qorunmanın tibbi üsullarını öyrətməliyik. Bu, bizim həkim kimi vəzifəmizdir. Ondan başqa bu maarifləndirmə cinsi yetişkənlik dövründən orta məktəblərdən başlamalıdır.

Ürək xəstəlikləri, onkologiya sahəsində necə maarifləndirmə varsa, arzuolunmaz hamiləlikdən qorunma da bu şəkildə hər instansiyada təbliğ olunmalıdır. Sağlam qidalanmadan danışarkən çox su içməyi tövsiyə etdiyimiz kimi, yeniyetmələrin cinsi tərbiyəsinə və o tərbiyənin içərisində arzuolunmayan hamiləlikdən qorunmaqdan da danışmalıyıq.

Bu gün yeniyetmələrin cinsi tərbiyəsindən danışanda hamı əxlaq polisi kəsilir. Halbuki bu, bioloji bir tələbatdır, biz bunu mühakimə edəcək adamlar deyilik. Arzuolunmaz hamiləliklərdən və cinsi yolla keçən xəstəliklərdən qorunmaq bir qırağa qalıb, onun-bunun başına ağıl qoymaqla məşğul oluruq. Lazım gələrsə, dövlət səviyyəsində hamiləlikdən qoruyan tabletkalar da pulsuz paylanıla bilər”.

O, abortun qadağan olunmasının başqa problemlərə yol açacağını qeyd edib:

“Bizim millət hər şeyi qadağalarla həll eləməyə meyillidir. Abortu yasaqlamaq çox böyük yanlış olar. Bu gün qanun tibb müəssisələrində dölün 12 həftəyə qədər abort olunmasına icazə verir. Yasaqlansa, o zaman kriminal, yəni tibb müəssisələrindən kənar abortların sayı artacaq. O da daha böyük ağırlaşmağa gətirib çıxaracaq.

Abort bir ailə planlaması metodudur. Biz abortu cərrahi müdaxilə və riskləri olduğuna görə pisləyirik. Biz deyirik ki, heç hamilə qalmamaq hamilə qalıb abort olunmaqdan daha yaxşıdır. Amma biz ailə planlamasının əleyhinə deyilik. Ailə planlaması bir qadının haqqıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

End of content

No more pages to load

RADİO