Gözlərimizin sağlamlığı üçün lazım olan QİDALAR

““A” və “B” vitaminləri göz sağlamlığı üçün çox vacibdir və əsasən yağda tez həll olunur. Bunlar daha çox doymamış yağlardan ibarət olan qidaların tərkibində olur. Bir sözlə, göz üçün faydalı olan qidaları gündəlik menyumuzdan əskik etməməliyik”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Ekspert qeyd edib ki, göz üçün faydalı olan qidalar sırasında göyərtilər ilk sırada dayanır:

“Xüsusilə də ispanaq, keşniş, şüyüd və yeni çıxmış turpun arxasındakı yaşıl hissə göz üçün faydalı elementlərlə zəngindir. Hətta yerkökü, kələm, kahı və kərəvizin tərkibində də rast gəlmək olur. Adları çəkilən göyərtiləri həm suda yuduqdan sonra çiy şəkildə, həm yumurta ilə bişirərək yemək olar. İkinci faydalı qida təmiz buğda unundan hazırlanmış çörəkdir və bundan daim istifadə etmək lazımdır”.

Müsahibimiz, sink elementinin də gözün müalicəsində əvəzsiz rola malik olduğunu diqqətə çatdırıb:

“Bu da noxudun, balqabaq tumunun və mərciməyin tərkibində mövcuddur. Hətta kənd şəraitində yetişdirilən toyuq, hind toyuğu və qaz ətində də bu elementlər çoxluq təşkil edir”.

Onun sözlərinə görə, Qızıl balığın ətində də “A” vitaminləri çoxluq təşkil edir:

“Bundan da ən azı həftədə 1 dəfə yemək lazımdır. Balığın əsasən yağlı hissəsi və dərisi bu vitaminlə daha zəngindir”. 

Ekspert qoyun və keçi südünün də tərkibində göz üçün faydalı elementlərin olduğunu qeyd edib:

“Hər ikisi də yağlı olduğuna görə, həm gözün, həm də bütövlükdə orqanizmin sağlam qalmasında böyük rol oynayırlar. Həmin süddən hazırlanan pendir, xama və qaymaq kimi məhsullardan da istifadə etmək lazımdır”.     

O, yumurtanın da göz üçün çox faydalı olduğunu diqqətə çatdırıb:

“Bu məhsuldan davamlı istehlak etdikdə, gözün ağı daha da artır. Eyni zamanda, yaşla əlaqədar olaraq yaranan sarı rəng çalarlarının artmasının qarşısını alır”. 

M.Hüseynova, sitrus meyvələrinin “C” vitamini ilə zəngin olduğunu vurğulayıb:

“Əsasən də limon və naringi kimi meyvələr gözün müalicəsində böyük əhəmiyyətə malikdirlər. Hətta çərəzlərin tərkibində göz üçün faydalı elementlər çoxdur. Xüsusilə də qoz və badamın günün I yarısında qəbul olunması tövsiyə olunur”. 

Müsahibimiz düşünür ki, göz sağlamlığının qorunması üçün qidalanma ilə yanaşı, yuxu rejiminə ciddi əməl olunmalıdır:

“Gecənin yarısına qədər oyaq qaldıqda, gözlər hədindən artıq yüklənir. Buna görə də gecə saat 11-dən sonra və 7-8 saat ərzində yatmaq göz və insan sağlamlığı üçün ən mühüm məqamlardan biridir. Həmçinin, telefon və komputerlə çox məşğul olan şəxslər hər 20-25 dəqiqədən bir, ən azı 20 saniyəlik fasilə verməlidirlər. 

Heç olmasa, uzaq bir nöqtəyə baxaraq, ona qədər saymaq, sonra yaxınlıqdakı başqa bir nöqtəyə baxmaq və yenidən ona qədər saymaq lazımdır. Bu hərəkət gün ərzində 4-5 dəfə təkrarlanmalıdır”. 

Onun sözlərinə görə, günəş eynəyindən bütün fəsillərdə istifadə olunmalıdır:

“Bu da həm günəşdən qoruyur, həm də külək nəticəsində yaranan yad cisimlərin, eləcə də çirklərin və mikrobların gözə sıçramasının qarşısını alır. 30 və ya 35 yaşdan sonra göz müayinəsindən keçmək lazımdır ki, hər hansı bir səbəbdən yaranacaq probemləri vaxtında aşkar etmək və aradan qaldırmaq mümkün olsun”. 

Ekspert, zərərli vərdişlərdən olan siqaretin də həm gözə, həm də orqanizmə ciddi zərər vurduğunu da diqqətə çatdırıb:

“Siqaret gözdə əsasən katarakta adlanan xəstəliyi sürətləndirir və və göz büllurunun qurumasına səbəb olur. Bu da öz növbəsində, göz damarlarının sərtləşməsi, tıxanması, görmə qabiliyyətinin zəifləməsi, hətta tamamilə itirilməsi ilə nəticələnir”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

End of content

No more pages to load

RADİO