Cinsi gücü artıran dərmandan sonra qreyfrut yemək insanı ÖLDÜRƏ BİLƏR – ARAŞDIRMA

Bəzi dərman preparatları var ki, onları qida ilə qəbul etmək olduqca təhlükəlidir. Belə ki, bir sıra dərmanlar hansısa qida ilə reaksiyaya girərək əks təsir göstərə, insana zərər verə bilər. Buna bir sıra misallar göstərə bilərik.

Araşdırmalar göstərir ki, bir sıra dərmanların qəbulundan sonra qreyfrut yemək doğru hesab olunmur. 

Qreyfrut ilə qarşılıqlı təsir göstərən dərmanlara aşağıdakılar daxildir:

- Bəzi xolesterolu azaldan statinlər (xüsusilə simvastatin)

- Bəzi aritmiya (ürək ritminin pozulması) dərmanları

- Bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunur) dərmanlar

- Orqan transplantasiyasından sonra immun sistemini bastırmaq üçün istifadə edilən bəzi dərmanlar

- Bəzi erektil disfunksiya (cinsi gücü artıran) dərmanlar. 

Belə ki, qreyfrut cinsi gücü artıran dərmanlarla birlikdə istifadə edildikdə ölümə səbəb ola bilər. Bundan başqa, kolbasa, sosiska, əncir, kələm turşusu, toyuq və ya dana ciyəri kimi qidaları antidepressant dərmanlarla birlikdə istifadə etmək olmaz. Eyni zamanda, Penisillin və digər antibiotikləri meyvə suları, kofein, pomidor kimi turşulu qidalarla istifadə etmək olmaz. 

Bəs nə üçün bu kimi bir sıra dərman preparatlarını qida ilə qəbul etmək olmaz? Biz belə dərmanları bir-birindən necə ayıra bilərik?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, bəzi dərmanların qəbulu bir sıra faktorlardan asılıdır:

“Həmin praparatların mədədəki selikli qişaya təsirinin olub-olmaması, eroziya, xora yaratması, qida qəbulu zamanı göstərəcəyi təsir araşdırılmalıdır. Əgər dərman mədənin selik qişasına təsir edən tərkibə malikdirsə, onu yeməkarası qəbul etmək olar. Bütün dərmanların tərkibi onun orqanizmdəki təsirinə hesablanıb”. 

Həkim Rasif Bağırov isə qeyd edib ki, qreyfrutun tərkibində orqanizmə ziyan vuran çox ciddi maddələr var:

“Onu nəinki cinsi gücü artıran dərmanlarla, başqa preparatlarla da qəbul etmək olmaz. Tərkibində ferment preparatları və D vitamini olan dərmanlar həmişə yeməyin ortasında qəbul edilir. Ferment ona görə qidayla qəbul edilir ki, mədəyə pis təsir göstərməsin”.

Cahan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

End of content

No more pages to load

RADİO