“Onkoloji xəstəliklər İcbari Tibbi Sığorta paketinə DAXİL EDİLƏCƏK” – Deputatdan AÇIQLAMA

“Azərbaycan vətəndaşının qarşılaşa biləcəyi bütün xəstəliklər, patologiyalar İcbari Tibbi Sığorta paketinin xidmətlər zərfinə daxil edilməlidir. Əgər, vətəndaş sığorta haqqı ödəyirsə onda onun xəstəliklərlə bağlı bütün qayğıları təminat altına alınmalıdır, o cümlədən də onkoloji xəstəliklər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin son açıqlamasına münasibət bildirən deputatın sözlərinə görə, icbari tibbi sığorta islahatları yeni başladığına görə bütün xəstəliklər xidmətlər zərfinə salınmayıb:
“Dünya praktikasında da belədir ki, xəstəliklər zaman-zaman xidmətlər zərfinə daxil edilir. Təbii ki, Azərbaycan bunu illərlə gözləmək fikrində deyil. Qısa müddət ərzində bütün xəstəliklərin, o cümlədən də onkoloji xəstəliklərin müalicəsi xidmətlər zərfinə daxil ediləcək. Təbii ki, bunun üçün ilk növbədə fondda lazımı vəsait formalaşmalıdır. Biz artıq fondun vəsaitlərinin artım tempini görürük. Bu artımda şəffaflıq və əlçatanlıq olduğu üçün ölkə başçısının bu sahədə qarşıya qoyduğu strateji məqsədə hökmən  çatacağıq”.

Millət vəkili onu da qeyd edib ki, onkoloji xəstəliklər də icbari tibbi sığorta paketinə hökmən daxil edilməlidir:

“Sadəcə, İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sonuncu dəfə bildirmişdi ki, bunun üçün 200 milyon manatdan çox vəsait lazımdır. Lakin onun bir neçə gün əvvəl verdiyi açıqlaması belə bir inam yaradır ki, kifayət qədər maliyyə imkanları formalaşıb. Və yaxın zamanlarda bu layihəni də gerçəkləşdirə bilərik. Alqışlayırıq. Səhiyyə Komitəsinin digər üzvləri kimi mən də bu prosesə dəstək verməyə hazıram. Təki, insanlarımız dövlətimizin yaratdığı bütün imkanlardan yararlansın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin

Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin

Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi

Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi

“Hər həftə bir ev alırdım“

“Hər həftə bir ev alırdım“

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO

Elə havalar gəlir ki… – Sürpriz

Elə havalar gəlir ki… – Sürpriz

Bakının bir hissəsi işıqsız qalacaq – ÜNVANLAR

Bakının bir hissəsi işıqsız qalacaq – ÜNVANLAR

Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

End of content

No more pages to load

RADİO