Vətənpərvər ruhlu şairlərimiz az deyil. Ötən əsr xalqımızın başına gətirilən müsibətlərə söz yaradıcılığının mahir ustaları necə dözə bilərdilər? Onlar da xalqın mübarizlik əzmini qırmağa çalışan Sovetlərə qarşı sözləri ilə cavab veriblər. Və azadlığın xalqa su və hava kimi lazım olduğun vurğulayıblar.
Müasir dövrümüzün mahir söz ustadlarından biri də Ədalət Bədirxanovdur. Onun "Azadlığa gedən yol" poeması çox böyük sevgi ilə, maraqla qarşılandı. Poemada xalqımızın nə qədər dözümlü, mərd olduğu, azadlıq uğrunda böyük dövlətlərlə də mübarizə apardığı gözəl məharətlə əks olunub.
1974-cü ilin fevralında şair poemanın ilk hissəsini - "Bəşəri düşüncləri" yazıb.Aprel ayına ikinci hissə -"Ana və bala" ərsəyə gəlib.1989-cu ildə üçüncü hissəsi olan "Ananın fəryadı" şair tərəfindən qələmə alınıb. 4-cü və 5-ci hissələr 2012-ci ildə yazılıb. "Baba və nəvə" və "Qanlı yanvar" poemasının bir hissəsi olan "Al qərənfilim" şeirini şair 1990-cı ildə yazmışdır.
1991-ci ildə ilk dəfə "Elektron" qəzetində çap olunub. Sabah poemanın tam variantda mətbuatda yayımlanmasının bir ili tamam olur. Böyük marağa səbəb olması səbəbilə şairi "Qızıl qələm" media mükafatı ilə qiymətləndiriblər.18 türk ölkəsi və 560 şairin üzv olduğu Avrasiya Şairləri Antologiyasında şairin də adı var. Ötən il mart ayında şairə bu münasibətlə təşəkkürnamə də veriblər.