Türkiyənin Osmaniye vilayətinin Düziçi rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda AFAD (Fəlakət və Fövqəladə Halların İdarəsi Nazirliyi) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Adana, Qaziantep, Kahramanmaraş və Hatayda da hiss olunub.
AFAD-dan verilən açıqlamada, “Düziçi rayonunda baş verən 5,1 bal gücündə zəlzələdən sonra bu an üçün heç bir mənfi xəbər olmadığı bildirilib. Hadisələri izləyirik” qeyd olunub.
Bizim.Media