“Bütün üzv ölkələri və beynəlxalq təşkilatları, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) və digər regional və beynəlxalq təşkilatları Ukraynadakı vəziyyətin de-eskalasiyasını dəstəkləməyə çağırırıq”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) BMT Baş Assambleyasının (BA) qətnamə layihəsinə Ukrayna məsələsində Rusiya ilə danışıqların əlavə olunmasına çağırış edib.
Müraciətdə həmçinin qeyd olunur ki, bu məsələ öz həllini Ukraynanın suverenliyinə və onun beynəlxalq hüquqla, BMT prinsipləri ilə tanınan sərhədləri çərçivəsindəki ərazi bütövlüyünə hörmət edilərək, siyasi dialoqlar, danışıqlar, vasitəçilik və digər sülh yaratma tədbirlərinin köməyi ilə tapmalıdır.
Bizim.Media