Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bildirib ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə çalışır.
“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, - deyə V.Zelenski vurğulayıb.
O, xalqını sığınacaqları tərk etməməyə çağırıb:
“Özünüzün və yaxınlarınızın qayğısına qalın”.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib.
Bizim.Media