“ABŞ Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidlərini ciddi qəbul edir”.
Bizim.Media “reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ağ Evdə keçirilən mətbuat konfrasında bildirib.
Sullivan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Rusiya tərəfindən nüvə silahından istifadə əlamətlərini hələki görmür.
“Birləşmiş Ştatlar bu riskə çox ciddi yanaşır və Rəsmi Moskvaya “o qaranlıq yola” getdiyi təqdirdə ABŞ-ın qətiyyətli cavabları ilə qarşılaşacağı barədə məlumat verilərək xəbərdarlıq edilib”, - deyə Sullivan qeyd edib.
Bizim.Media