Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində bölgəsində Rusiya qoşun hissələrini mühasirəyə alıb.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna şərq qoşun qrupunun spikeri Sergey Çerevatı bildirib.
Məlumata görə, Liman şəhərində Rusiyanın 5 minə yaxın canlı qüvvəsi mühasirəyə düşüb.
Çerevatı Ukrayna Silahlı Qüvvələrinin Liman yaxınlığındakı 5 yaşayış məntəqəsini nəzarətə götürdüyünü də elan edib.
Bizim.Media