Ukrayna Prezidenti Volodimir Zelenski orduya payız çağırışını ləğv edib, tərxisi isə təxirə salıb.
Bizim.Media “UNAİN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı sərncam imzalayıb.
Sərəncama əsasən, bu ilin oktyabr-dekabr aylarında Ukraynada hərbi xidmətə çağırış kampaniyası keçirilməyəcək.
Məlumata görə, Ukrayna Prezidenti hərbi qulluqçuların ehtiyata buraxılmasını da müəyyən müddətə təxirə salıb.
Xatırladaq ki, aprel ayında Zelenski hərbi xidmətə yaz çağırışını ləğv edib və yaz tərxisliyini də təxirə salmışdı.
Bizim.Media