ABŞ Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızlarına və həyat yoldaşına qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyaninin qızları da sanksiya siyahısına düşüb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya da sanksiya tətbiq edib.
Bizim.Media