Amerikalı milyarder İlon Mask qonşu Gürcüstanda şirkət açıb.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, sözügedən şirkət “Starlink”in törəməsi olan “Starlink Georgia”dır.
Artıq şirkətin fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.
“Starlink” Gürcüstanın regionlarını yüksək sürətli internetlə təchiz edəcək
Bizim.Media