Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya əlavə 1 milyard avro makromaliyyə yardımı ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının saytında yerləşdirilib.
Bildirilib ki, müvafiq qərar bu gün qəbul edilib:
"Bu ilin əvvəlində ayrılmış 1,2 milyard avroluq makromaliyyə yardımı ilə birgə, müharibənin başlanmasından bəri Aİ-dən Ukraynaya ümumi makromaliyyə dəstəyi indi 2,2 milyard avroya çatır və yaxın aylarda daha da artacağı gözlənilir".
Bizim.Media