Bu gün Türkiyənin Batman şəhərində “Qarabağ” parkının açılışı mərasimi keçiriləcək.
Bizim.Media “TRTHaber”ə istinadən xəbər verir ki, yeni yaradılan parkın ümumi sahəsi 15 397 kvadrat metrdir.
Parkda uşaqlar üçün oyun meydançası, hovuz var. Məkanda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustasının əsərləri də yer alacaq.
Bizim.Media