Eyni menyu, yüzlərlə insan: Onlayn arıqlama qruplarının görünməyən TƏHLÜKƏSİ

Son vaxtlar sosial şəbəkələrdə və mesajlaşma platformalarında "arıqlama qrupları"nın sayı sürətlə artır. Bu qruplarda özünü dietoloq kimi təqdim edən və ya bu sahədə ixtisası olmayan şəxslər hazır arıqlama menyuları paylaşırlar. Diqqətçəkən məqam budur ki, bu qrupda onlarla insan olur və hamısı eyni pəhriz menyusundan istifadə edirlər. Onlardan heç bir tibbi analiz tələb edilmir,  hormonal vəziyyətləri, xroniki xəstəlikləri, təzyiq və digər sağlamlıq problemləri nəzərə alınmır. Ancaq nəzərə almaq lazımdır ki,  hər bir insanın orqanizmi fərqlidir və bir nəfər üçün uyğun hesab edilən pəhriz digəri üçün ciddi sağlamlıq riskləri yarada bilər.

Bizim.Media mövzuyla əlaqədar həkim-dietoloq Leyla Zülfüqarlının fikirlərini öyrənib. Həkim bu məsələnin günümüzün ciddi problemlərindən biri olduğunu vurğulayıb.  

“İki aylıq kursda iştirak edən hər kəs özünü dietoloq adlandırır”.

“Analizsiz dieta tərtib etmək uyğun deyil. Həkim olmayan  dietoloqlar dieta tərtib edərkən analiz məsələsini isə paralel şəkildə başqa həkim etməlidir. Bəzən özlərini dietoloq adlandıranlar onlayn şəkildə "arıqlama marafonları" təşkil edirlər.  Onlayn müalicə üsulundan biz də istifadə edirik. Ancaq   həmin pasiyent yaşadığı ərazidəki tibb müəssisəsində analizlərini verir, biz o analizlər əsasında müalicəyə başlayırıq".

Həkimin sözlərinə görə, hazırda kökəlmə problemi olan insanların əksəriyyətində bu, tibbi problemlə əlaqəlidir.

"Buna görə də sadəcə kalorini azaltmaqla, sağlam reseptlərlə arıqlamaq düzgün deyil. Əgər pasient 5 kiloqramdan çox kökəlibsə, bu, böyük ehtimal sağlamlıq problemləri, məsələn insulin dirənci, qalxanvari vəziylə, hormonal məsələlərlə və s ilə bağlı problemlərdən qaynaqlanır. Ancaq sosial şəbəkələrdə yayılan ucuz, süni intellektin yazdığı hazır diet menyuları, sürətli arıqlama proqramları faydasızdır. Bu proqramlar ilk günlərdə çəkiyə  2-3 kiloqram təsir edir.
 

Çünki birdən birə salata keçmək, yağlı yeməyi azaltmaq kalorini azaldır. Ancaq bu, arıqlamağın səhv yoludur. Çünki yağ yerində qalır, bədən əzələni, suyu itirir. Hər kəsə eyni pəhrizdən istifadə etməsi düzgün deyil. Həqiqətən bir diet menyusunu hazırlamaq bəzən 2 saat çəkir.  Hətta eyni evdə yaşayan iki şəxsə belə, ayrı-ayrı diet menyusu hazırlanır".


Leyla Zülfüqarlı bildirib ki, diet menyusu tərtib edərkən istər uşaq, istərsə də böyüklər üçün onların hormonal problemləri, ürək-damar xəstəlikləri nəzərə alınmalıdır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO