Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan, Ermənistan və digər keçmiş SSRİ ölkələri ilə güclü münasibətlər qurmaq niyyətində olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi özünün "Telegram" kanalında yazıb.
"Ukraynanın bu gün keçmiş sovet ölkələri məkanında mövcudluğu — bu ölkələrin müstəqilliyidir. Belə münasibətləri qoruyub saxlamaq bizim üçün çox vacibdir və mən fəxr edirəm ki, biz onları məhz bu cür qururuq", — deyə o vurğulayıb.
Zelenski əlavə edib ki, Kiyev Azərbaycanla güclü münasibətlər qurmalıdır. Bundan əlavə, o, "çoxillik fasilədən sonra ilk dəfə" Ermənistanla əlaqələrin bərpa olunduğunu qeyd edib.
Bizim.Media