Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yayılma riskinin yüksək olmasına baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xatırladaq ki, yanğın axşam saatlarında başlayıb.
Bizim.Media