ABŞ və İran artıq çərşənbə axşamı, avqustun 4-də Hörmüz boğazının tamamilə açılması imkanını müzakirə edirlər.
Bizim.Media "Clash Report"a istinadla xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp bəyan edib.
"Biz sabah boğazın açılmasından, tamamilə açılmasından danışırıq", — deyə Tramp bildirib.
Onun sözlərinə görə, İranla danışıqlar sürətlə getməlidir və Hörmüz boğazı açıldıqdan sonra söhbət İslam Respublikasının nüvə potensialından gedəcək.
Tramp vurğulayıb ki, hazırda Tehranın "yaxşı sənəd" imzalamaq üçün "son şansı" var.
Bizim.Media