Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına start verib.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç məlumat verib.
Qoşunlarımız Rusiya ordusunun arxa hissəsində uğurlu əks-hücum əməliyyatlarına keçib:
“Rusiyanın "Su-35" təyyarəsi vurulub. Maraqlı vəziyyətdir. Bu əks-hücum əməliyyatı aviasiyasi ilə yaxşı təmin olunub. Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var”
Arestoviç hazırkı prosesləri perspektivli hesab etdiyini də sözlərinə əlavə edib.
Bizim.Media