Ukrayna Müdafiə naziri Andrey Taran Silahlı Qüvvələrdə hərbi rütbələrin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı əmr imzalayıb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.
“Məlum qərar sovet tipli idarəetmə sisteminin aparıcı dövlətlərin qəbul etdiyi müasir sistemin dəyişdirilməsi üçün verilib”,- deyə qeyd olunub.
Xatırladaq ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.
Bizim.Media