Azərbaycanda kredit borcları dondurula bilər – Kimlər yararlanacaq?

Son illər dünyada iqtisadi çətinliklərin artması bir çox insanın kredit ödənişlərində problemlərlə üzləşməsinə səbəb olub. Bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi borcalanlara müəyyən müddət ərzində ödənişləri dayandırmaq və maliyyə vəziyyətlərini sabitləşdirmək imkanı yaradır. Bu sistem xüsusilə işsiz qalan, gəliri azalan və ya fövqəladə hallarla qarşılaşan şəxslər üçün mühüm dəstək hesab olunur.

Azərbaycanda da “kredit tətili” mexanizminin tətbiqi oluna bilər? Maliyyə çətinliyi yaşayan vətəndaşlar üçün hansı dəstək mexanizmləri yaradılmalıdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Azpolitika.az”a açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, qlobal iqtisadi qeyri-müəyyənliklər, inflyasiya təzyiqləri və gəlirlərin azalması bir çox ölkələrdə əhalinin kredit öhdəliklərini yerinə yetirməsini çətinləşdirib.

Belə şəraitdə bəzi dövlətlər və maliyyə qurumları tərəfindən tətbiq olunan “kredit tətili” mexanizmi borcalanların maliyyə yükünün müvəqqəti olaraq yüngülləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, Azərbaycanda da kredit tətili mexanizminin tətbiqi mümkündür, lakin bunun daimi deyil, yalnız müəyyən hallarda işə salınan hədəfli bir mexanizm kimi nəzərdən keçirilməsi daha məqsədəuyğundur:

“Məsələ ondadır ki, hazırda ölkədə istehlak kreditləri üzrə faiz dərəcələri və aylıq ödəniş yükü bir çox ailələrin büdcəsində əhəmiyyətli pay tutur. Gəlirlərin azalması, iş yerinin itirilməsi, sağlamlıq problemləri və ya digər gözlənilməz hadisələr zamanı vətəndaşlar qısa müddətdə problemli borcalana çevrilə bilirlər. Nəticədə həm vətəndaş zərər görür, həm də bank sektorunda problemli kreditlərin həcmi artır.

Hesab edirəm ki, Azərbaycanda kredit tətili yalnız həqiqətən maliyyə çətinliyi yaşayan şəxslərə şamil edilməlidir.

Məsələn, işsiz qalan, əmək qabiliyyətini müvəqqəti itirən, ailə başçısını itirən və ya gəliri müəyyən faizdən çox azalan vətəndaşlara 6 aylıq kredit tətili hüququ verilə bilər. Bu müddətdə əsas borcun ödənişi dayandırıla, faizlərin isə bir hissəsi dövlət və ya xüsusi dəstək fondu tərəfindən subsidiya edilə bilər. Bununla yanaşı, təkcə kredit tətili kifayət deyil. Daha effektiv mexanizm kreditlərin restrukturizasiyasıdır.

Banklara imkan yaradılmalıdır ki, müvəqqəti maliyyə çətinliyi yaşayan müştərilərin kredit müddətini uzatsınlar, aylıq ödənişləri azaltsınlar və əlavə cərimələr tətbiq etməsinlər. Hazırda bir çox borcalan aylıq ödənişi ödəyə bilmədiyi üçün kredit tarixçəsini korlayır və gələcək maliyyə imkanlarını itirir”.

E.Quliyev qeyd edib ki, digər mühüm məsələ kredit sığortası sisteminin inkişaf etdirilməsidir. 

Bir çox inkişaf etmiş ölkələrdə işsizlik və ya əmək qabiliyyətinin itirilməsi hallarında kredit ödənişlərinin müəyyən hissəsini sığorta şirkətləri qarşılayır. Azərbaycanda da bu istiqamətdə yeni məhsulların yaradılması həm bankların risklərini azalda, həm də vətəndaşların müdafiəsini gücləndirə bilər:

“Hesab edirəm ki, Mərkəzi Bank, ABA və hökumət birlikdə "Çətin Borcalanların Dəstəklənməsi Proqramı" hazırlaya bilər. Bu proqram çərçivəsində sosial həssas qruplar üçün müvəqqəti kredit tətili, restrukturizasiya və faiz subsidiyası kimi alətlər tətbiq oluna bilər. Nəticə etibarilə, kredit tətili iqtisadi çətinlik yaşayan vətəndaşlar üçün faydalı vasitədir. Lakin əsas məqsəd ödənişlərin sadəcə təxirə salınması deyil, borcalanın yenidən maliyyə sabitliyinə qayıtmasına kömək etmək olmalıdır. Buna görə də kredit tətili restrukturizasiya, sığorta və sosial dəstək mexanizmləri ilə birlikdə tətbiq edildikdə daha effektiv nəticə verə bilər”, - deyə o, bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO