Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: Vətəndaşlara müxtəlif vədlər verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şirkətinin direktoru Alik Quliyevin cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs müxtəlif şəxsləri torpaq sahələrinin sənədləşdirilməsi, tikinti layihələrinə şərik edilmə, mebel sifarişlərinin hazırlanması və mənzillərin təmiri ilə bağlı yalan vədlərlə aldadaraq onlardan külli miqdarda pul vəsaiti almaqda ittiham olunub.

Belə ki, Alik Quliyev tamah niyyəti ilə hərəkət edərək müxtəlif vaxtlarda etibardan sui-istifadə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirmək məqsədilə fəaliyyət göstərib.

Cinayət işi materiallarında göstərilir ki, epizodlardan biri zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub. Təqsirləndirilən şəxs özünü torpaq sahələri və daşınmaz əmlaklara çıxarış almaq imkanına malik etibarlı şəxs kimi təqdim edib. O, zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi 60 sot torpaq sahəsinin 36 sot hissəsinə çıxarış alacağını vəd edib.

Alik bu vədlərlə S.S.-in etibarını qazanaraq əvvəlcə 2022-ci ilin oktyabr ayında zərərçəkmişin kürəkəni vasitəsilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində 80 000 manat pul alıb. Bundan bir müddət sonra isə eyni məqsədlə S.S.-dən əlavə olaraq 60 000 manat pul vəsaiti əldə edib.

Beləliklə, istintaqın qənaətinə görə, həmin epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 140 000 manat məbləğində maddi ziyan vurulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Alik əldə etdiyi vəsaitləri vəd etdiyi məqsədlər üçün istifadə etməyərək şəxsi ehtiyaclarına sərf edib.

Cinayət işi materiallarında göstərilir ki, növbəti epizod zərərçəkmiş D.D.-in (adı, soyadı şərtidir) biznes layihəsinə investisiya yatırması adı altında aldadılması ilə bağlı olub. Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxsdə maddi imkanları geniş olan sahibkar görüntüsü yaradıb.

O, D.D.-yə Tovuz rayonu ərazisində yerləşən “Ayan Palace” otelinin həyətində üç villa tikintisi layihəsini əldə edə biləcəyini və həmin layihəyə onu da şərik edəcəyini bildirib. Alik layihədən yüksək gəlir əldə olunacağını vəd edərək zərərçəkmiş şəxsin etibarını qazanıb. 2023-cü ildə Bakı şəhərində yerləşən restoranların birinin həyətində keçirilən görüş zamanı S.S.-dən 65 000 manat pul vəsaiti alıb. Həmin pul vəsaiti də vəd olunan layihəyə yönəldilməyib və şəxsi məqsədlər üçün istifadə olunub.

Bu epizod üzrə zərərçəkmiş şəxsə 65 000 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Cinayət işi materiallarında göstərilir ki, digər epizod mebel sifarişləri ilə bağlı olub. Alik özünü tikinti və təmir sahəsində peşəkar mütəxəssis kimi təqdim edib. O, zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) Bakı şəhərində yerləşən mənzil üçün sifariş edilən mebellərin yüksək keyfiyyətlə hazırlanacağını və qısa müddətdə təhvil veriləcəyini vəd edib.

Bu məqsədlə 2024-cü ildə zərərçəkmiş şəxsdən vasitəçi şəxs vasitəsilə 58 000 manat məbləğində pul alınıb. Lakin sonradan mebellərin hazırlanmadığı və vəsaitin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunub.

İstintaq orqanı həmin epizod üzrə zərərçəkmiş şəxsə 58 000 manat məbləğində ziyan vurulduğunu hesab edib.

Araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxsin ən iri epizodlarından biri mənzil təmiri adı altında vəsait əldə etməsi ilə bağlı olub. O, özünü tikinti və təmir sahəsində fəaliyyət göstərən şirkətin direktoru kimi təqdim edib və zərərçəkmiş C.C.-nin (adı, soyadı şərtidir) etibarını qazanıb.

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxs Bakı şəhərinin Keşlə qəsəbəsində yerləşən 312 kvadratmetr sahəsi olan mənzilin yüksək keyfiyyətli materiallarla təmir ediləcəyini və beş ay ərzində təhvil veriləcəyini vəd edib. Bu məqsədlə zərərçəkmiş şəxs müxtəlif vaxtlarda həm nəğd şəkildə, həm də bank köçürmələri vasitəsilə təqsirləndirilən şəxsə çoxsaylı ödənişlər edib.

Ödənişlərin bir hissəsi şirkətin ofisində nəğd qaydada təqdim olunub, digər hissəsi isə müxtəlif bank kartlarına köçürülüb.

2024-cü il ərzində həyata keçirilən çoxsaylı köçürmələr və nağd ödənişlər nəticəsində Alik zərərçəkmiş şəxsdən ümumilikdə 90 000 manat məbləğində pul vəsaiti əldə edib. Lakin sonradan təmir işlərinin vəd edildiyi şəkildə həyata keçirilmədiyi, alınmış vəsaitlərin isə şəxsi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.

Beləliklə, istintaq orqanının qənaətinə görə, təqsirləndirilən şəxs müxtəlif şəxsləri aldadaraq torpaq sənədləşdirilməsi, tikinti layihələri, mebel sifarişləri və təmir işləri adı altında ümumilikdə 227 000 manat pul vəsaitini ələ keçirib.

Toplanmış sübutlar, zərərçəkmiş şəxslərin ifadələri, bank əməliyyatları, şahid ifadələri və digər materiallar əsasında ona təkrar və külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq əməlləri ilə bağlı ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Alik Quliyev 6 il 2 ay 10 gün müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO