M-11 "Neva" sürət magistralında sürücülərin yanacaq doldurmaq üçün xeyli vaxt itirməli olduqları nəhəng tıxac və növbə görüntülənib.
Bizim.Media xəbər verir ki, magistral yoldakı yanacaqdoldurma məntəqələrində yaranan sıxlıq səbəbindən sürücülər avtomobillərinə yanacaq vura bilmək üçün növbədə təxminən 3 saat gözləmək məcburiyyətində qalırlar.
Bu vəziyyət sürücülər arasında ciddi narazılığa və yol boyu hərəkətin ləngiməsinə səbəb olub.
Bizim.Media