ABŞ-nin Delaver ştatının Vilminqton şəhərindəki xəstəxanaların birində baş verən atışma nəticəsində bir nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli polisin rəisi Vilfredo Kampos məlumat verib.
Yerli hakimiyyət orqanları daha əvvəl şəhər xəstəxanasında qeydə alınan atışma zamanı iki nəfərin yaralandığını bildirmişdi.
Kampos jurnalistlərə açıqlamasında yaralılardan birinin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini təsdiqləyib.
Polis rəisi həmçinin əlavə edib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs hazırda azadlıqdadır. Hüquq-mühafizə orqanları onun şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində aktiv fəaliyyət göstərir.
Bizim.Media