Rusiya Federasiyasının Müdafiə Nazirliyi Z və V hərflərini rəsmi hərbi simvollar hesab etmir.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva Şəhər Dumasının Kommunist Partiyasından olan deputatı Yevgeni Stupinin sorğusuna Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Sergey Qusevin cavabında deyilir.
Onun sözlərinə görə, bu simvolların heç bir xüsusi çəkisi yoxdur:
“Buna baxmayaraq bu simvollar Rusiyanın, o cümlədən “Donetsk və Luqansk Xalq Respublikaları”nın (Ukraynada yaradılan qondarma rejimlər) hərbçiləri və vətəndaşları tərəfindən tanınıb və müsbət qarşılanıb”.
Bizim.Media
