“Mən İsveç və Finlandiyanın NATO-ya daxil olmasını Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm siqnal hesab edirəm”.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski Polşa Beynəlxalq Münasibətlər İnstitutunun konfransındakı çıxışında bildirib.
“Açıq şəkildə bildirmək istəyirəm ki, onların NATO-ya qəbulu prosesi müddətində İsveç və ya Finlandiyaya hücum olarsa, Polşa onlara kömək edəcək” – deyə Baş nazir qeyd edib.
Bizim.Media