Ukraynadakı müharibəyə səssiz qalan Ani Lorak bir müddət əvvəl Rusiyadakı bütün konsertlərini ləğv edərək Birləşmiş Ərəb Əmirliklərə yollanıb.
Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdən yoxa çıxıb və müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb.
İndi sənətçinin fan səhifələrində pərəstişkarları yalnız arxiv çıxışlarını xatırlayırlar. Yeri gəlmişkən, Lorakın rəsmi saytındakı posterə əsasən, müğənni payızadək konsert verməyi planlaşdırmır.
Sənətçinin saytında "dünya göyərçini”nin yeni çıxışlarının tarixləri bəlli olub. Maraqlıdır ki, indiyədək Ani Lorakın Rusiyadakı konsertləri açıqlanmayıb. Oktyabr ayında sənətçi Almaniya və Praqada konsert verməyi planlaşdırır.
Xatırladaq ki, Ukrayna Ani Lorak və Vasili Qerellonu bütün titullardan və fəxri mükafatlardan məhrum etmək niyyətindədir. Daha əvvəl Çernovçıda Ani Lorakın adı Ulduzlar alleyasından çıxarılıb.
Bizim.Media