ABŞ-ın Ohayo ştatındakı Sinsinnati hava limanında Kalitta Air şirkətinə məxsus Boeing 777-F yük təyyarəsi eniş zamanı quyruq hissəsi ilə uçuş-enmə zolağına toxunaraq qığılcımlar saçıb.
Bizim.Media xəbər verir ki, pilotlar vəziyyəti operativ qiymətləndirərək mühərriklərin gücünü maksimuma qaldırıblar və ikinci dövrəyə (go-around) çıxıblar.
Təyyarə hava limanı ətrafında dövrə vurduqdan sonra yenidən eniş edərək uçuşu uğurla başa çatdırıb. Hadisə nəticəsində şassi və digər hissələrdə zədələnmə qeydə alınmayıb.
Bizim.Media