İranla silahlı qarşıdurma zamanı həlak olan ABŞ hərbçilərinin sayı 18 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, daha əvvəl itkin düşmüş hesab olunan serjantın qalıqları tapılıb və şəxsiyyəti müəyyən edilib.
Associated Press agentliyinin məlumatına görə, söhbət iyulun 17-də İranın zərbəsi zamanı İordaniyadakı ABŞ hərbi bazasında olan Endjel Rampersaddan gedir.
Həmin vaxt CENTCOM iki hərbçinin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü açıqlamışdı.
İyulun 19-da komandanlıq İranın son zərbəsinin endirildiyi ərazidə insan qalıqlarının aşkar edildiyini bildirmişdi. Aparılan ekspertizadan sonra qalıqların itkin düşmüş serjant Endjel Rampersada məxsus olduğu təsdiqlənib.
Bizim.Media