Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində media nümayəndələri üçün "İlk yardım: Media üçün Simulyasiya Təlimi" keçirilib.

Bizim.Media xəbər verir ki, təlimlərdə 20-yə yaxın media nümayəndəsi iştirak edib.

Yeni Klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova qeyd edib ki, media nümayəndələri üçün təşkil olunan təlimlər ilk yardım üzrə əsas praktiki bilik və bacarıqların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

Bildirib ki, təlimlər zamanı əldə edilən biliklər iştirakçıların ilk yardım sahəsində maariflənməsinə, həmçinin həyati təhlükə yaradan vəziyyətlərdə daha operativ və düzgün qərarlar qəbul etmələrinə imkan yaradacaq.


TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə çıxışında media nümayəndələri ilə əməkdaşlığın və açıq dialoqun TƏBİB üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edən Z.İbrahimzadə qeyd edib ki, TƏBİB media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
 

Təlimlər çərçivəsində AHA tərəfindən Təməl Yaşam Dəstəyi (BLS) üzrə beynəlxalq təlimçi Fəxriyyə Quliyeva media nümayəndələrinə ilk yardımın əsas prinsipləri, zərərçəkən şəxsin ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyası və digər həyati vacib müdaxilələr barədə məlumat verib.


Praktiki hissədə iştirakçılar simulyasiya şəraitində əldə etdikləri bilikləri tətbiq ediblər. Media nümayəndələri ürək-ağciyər reanimasiyası zamanı döş qəfəsinə kompressiyaların icrası, ilk yardım alqoritmləri və digər praktiki bacarıqlar üzrə təlim keçiblər.

Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

End of content

No more pages to load

RADİO