Fransada bu gün prezident seçkilərinin birinci turu keçiriləcək.
Bizim.Media Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutuna istinadən xəbər verir ki, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.
Birinci turda ölkənin ən yüksək dövlət vəzifəsinə on iki namizəddən ikisi müəyyən ediləcək, onlar iki həftədən sonra - aprelin 24-də ikinci turda mübarizəni davam etdirəcəklər.
Seçki məntəqələrinin qapıları Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq.
Bizim.Media