Türkiyənin Adana şəhərinin Kozan rayonunda hərbiçilərin olduğu avtomobil qəzaya uğrayıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, qəza zamanı 1 zabit və 1 çavuş həlak olub, 3 əsgər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Qəzadan sonra hadisə yerinə gedən Adana valisi Süleyman Elban qəzanın mülki avtomobilin qırmızı işıqda keçərək qaydanı pozması nəticəsində baş verdiyini bildirib.
Bizim.Media