Fransanın dənizaşırı ərazilərində prezident seçkilərində səsvermə başlayıb.
Bizim.Media xəbər verir ki, seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasında səsvermə prosesi başlayacaq.
Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində təxminən 2 milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə yaxındır.
Fransanın özündə isə bu gün sükut günü başlayıb.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək.
Bizim.Media